Diri çəkidə ət istehsalı 3,1 faiz artıb
Cari ilin yanvar-noyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 491,4 min ton olub.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə bildirilib ki, bu dövrdə süd istehsalı 1,7 faiz artaraq 1 milyon 971,1 min ton, yumurta istehsalı 4,7 faiz artaraq 1 milyard 748,3 milyon ədəd və yun istehsalı 0,2 faiz artaraq 16 min ton təşkil edib.
2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artıb.

