Hadisə 

Gəncədə mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən bildirilib ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Zəkəriyev Emin Tariyel oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Daha çox xəbərlər