İmişlidə tərəvəz sahələrinin hər hektarından 126 sentnerdən çox məhsul götürülür
İmişlili fermerlər cari ilin məhsulu üçün erkən yazda 164 hektardan çox sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub.
ARANTV.AZ xəbər verir ki, bu mövsüm imişlili əkinçilər 164.4 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və indiyədək 2 min 082.9. ton tərəvəz tədarük olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 95 ton çoxdur. Hər hektarın məhsuldarlığı 126.7 sentner olub. Yığılan məhsulun 432.1 tonunu xiyar, 755 tonunu pomidor, 93 tonunu badımcan, 145.3 tonunu soğan, 101.1 tonunu sarımsaq, 126.9 tonunu kələm, 17.3 tonunu bibər, 39.8 tonunu yerkökü, 67.6 tonunu süfrə çuğunduru ,4 min 5 tonunu şəkər çuğunduru, 244.5 tonunu isə sair tərəvəz təşkil edib.AZƏRTAC

