Bakıda güclü külək ağacı aşırdı – FOTO
Bakıda əsən güclü külək bir sıra fəsadlara səbəb olub.
ARANTV.AZ-ın məlumatına görə, paytaxtın Yasamal rayonunda yaşlı və kökü çürümüş ağac dünənki güclü küləyin təsirindən aşıb.
Hadisə rayonda yerləşən 60 saylı orta məktəbin qarşısında baş verib.
Xoşbəxtlikdən ağac aşarkən xəsarət alan olmayıb.
Ətrafdakı sakinlər bildirib ki, ağac çoxdan qurumuşdu və aşma təhlükəsi vardı.
oxu.az

