Maraqlı 

Bəd nəzərin də artıq elmi bir sübutu var…

“Bəd nəzər”  anlayışları  demək olar ki, bütün dünyada mövcuddur. Alimlərin sözlərinə görə, bəd nəzər  mənfi bioenergetik təsirdir və bu təsirdən insanın sağlamlığında, psixoloji durumunda müəyyən problemlər yarana bilər. Qədim inanclara görə, göz insanın daxili aləminə bir pəncərədir. Deyilənlərə görə, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Bu zaman yaxında olan şəxsin biosahəsində energetik “deşiklər”  olarsa, həmin enerji bu dəliklərdən onun bədəninə daxil olur, müsbət və mənfi olmasından asılı olaraq orqanizmdə müvafiq reaksiyalar əmələ gətirir. Aydındır ki, pozitiv enerjidən xoş əhval, neqativdən isə narahatçılıq yarana bilər. Məhz axırıncı hal gözdəymənin əsas səbəblərindən biridir.

Uzun illərdən sonra bədnəzərin artıq elmi bir  sübutu var.Əksəriyyətin  ciddi qəbul etmədiyi nəzər haqqında bu dəfə İngiltərənin Leeds Universitetinin parapsixologiya şöbəsi təcrübə aparıb. Bununla da nəzərin mövcudluğu elmi olaraq sübut edilib. Təcrübə maraqlı üsulla həyata keçirilib. Belə ki, rəngli gözlərə sahib könüllülərə bir həftə ərzində seçilən bəzi əşyalara diqqət cəmləmələri tapşırılıb. Müəyyən müddətdən sonra bu əşyaların bəzilərində morfoloji və biokimyəvi dəyişikliklər müşahidə olunub. Xüsusi laboratoriyalarda hazırlanan həssas texnikanın köməyi ilə könüllülərin gözündən yayılan həssas dalğadan çıxan elektromaqnit dalğalarını tutmaq mümkün olub. Parapsixologiya fakültəsinin rəhbəri Artur Qall araşdırma ilə bağlı olaraq yayımlanan məqaləsində meydana gələn dəyişikliklərin sadəcə rəngli gözlərə sahib insanlarda olan rəngli fotoreseptorlardan yayılan beta işıqlarından qaynaqlandığını bildirib. Onun apardığı bu araşdırmalar məşhur “Science” jurnalında dərc olunmuşdur. Parapsixoloqun sözlərinə görə, müəyyən hallarda insana başqasının deyil elə özünün gözü dəyir. Adam özünü çox tərifləyəndə, sağlamlığı, uğurları, xoşbəxtliyi  ilə öyünəndə gözə gələ bilər. Müasir laboratoriyalarda bədnəzərin tədqiqi aparılıb  və onun 3 əsas növü müəyyənləşdirilib: alfa – bu növ nəzərlərə “sarsıdıcı nəzər” deyirlər; betta – bu kateqoriyaya “incidici, dağıdıcı nəzər” daxildir; qamma – bu növ nəzərlər “yandırıcı” adlanır. İnsanlar arasında daha çox alfa gözdəyməsinə rastlanır. “Alfa” nəzəri dəyən insanda elmi olaraq beynin orta qismində sinirlər hərəkətə gələrək göz kürəsini böyüdür və əsnəmə başlayır. Deyilənlərə görə, bədnəzərin fizioloji təsirləri belədir: baş dönməsi, ani mədə bulanması, ayaq sürüşməsi, bulanıq görmə, refleks pozulmaları, gözlərin qızarması, göz almasının böyüməsi, səbəbsiz əsnəmələr, tez-tez baş verən kiçik qəzalar, müxtəlif xəstəliklər, yıxılma, gözdə qansızma, sızanaqlar, çibanlar, əsasən də göz çibanları  və ya başqa bir yerdə ziyillər çıxması, qaş və saç tökülməsi. Alimlərin sözlərinə görə, bədnəzərin psixoloji təsirləri mövcuddur. Məsələn, yuxudan sıçramalar, yuxuda qışqırmalar, əl titrəməsi, gözlərin bir nöqtəyə zillənməsi, yorğunluq hissi, yuxu pozuqluğu, bəzən də həddindən artıq yatmaq istəyi, gülmə krizi, stress, adaptasiya problemi, səbəbsiz əsəbilik, dilin topuq vurması, düşüncədə pozuqluq, qarabasma, səbəbsiz göz yaşı, səbəbsiz  yerə baş verən narahatlıq hissi.

Bir çox ölkələrdə bədnəzərdən qorunmaq üçün uşaqlara, bəzən isə lap böyüklərə də mavi muncuq taxırlar. Bu mavi muncuğun da çox maraqlı bir tarixçəsi var. Mavi rəng qədim zamanlardan bəri qorunma prinsipini təmsil edir. O, göyün rəngidir. Rəvayətlərə görə, Çingiz xan atasının mavi bardağından su içərmiş. Bundan başqa, yüksək məhkəmə heyətinə verdiyi əmrdə də xalqla bağlı məhkəmə qərarları mavi dəftərə yazılır, qanunlar isə ağ kağıza mavi qələmlə yazılaraq nəsildən nəsilə ötürülürmüş. Səlcuqlar da türbə və mədrəsələrini mavi rəngdə hazırlamağa cəhd göstəriblər. Bu da mavi rəngin müqəddəs oduğunu və  bədnəzərdən qorumasından xəbər verir.

İslam alimlərinin isə “bədnəzərə” olan münasibəti birmənalı deyil. Bəziləri gözdəymənin sadəcə olaraq özünütəlqin olduğunu bildirir və ona inanmamağı məsləhət görürlər. Bəzi alimlər isə bunun həqiqət olduğunu, mənfi enerji şəklində bir insandan başqa insana ötürülə bildiyini iddia edirlər.

Samirə Tağıyeva, “İki sahil”

Daha çox xəbərlər