Şokoladın afrodiziak təsirə malik olduğunu bilirdinizmi?
Şokolad çoxlarının sevdiyi və kifayət qədər də faydalı bir məhsuldur. Hərə onun bir növünü öz ağız dadına uyğun hesab edə bilər-ağ, tünd, südlü,südsüz. 11 iyul tarixində bütün dünyanın şirinsevərləri Dünya Şokolad Gününü qeyd edirlər. Bu ideya ilk dəfə fransızlar tərəfindən irəli sürülmüşdü. Şokoladla bağlı eşidib-bilmədiyiniz digər məlumatları aşağıda öyrənə bilərsiniz:
Kakao ağacının ömrü 200 il olsa da, məhsuldarlığı cəmi 25 ildir.
Bir ildə amerikalılar 1 milyard kiloqram konfet yeyirlər, onun yarısını şokoladlar təşkil edir.
Şokolad antioksidantlarla zəngin bir məhsuldur, xüsusilə tünd şokoladın tərkibində çoxlu flavonoidlər (ürək-damar sistemi xəstəliklərinin qarşısını alan antioksidantlar) vardır.
Dünyada toplanan yer fındığının 20 %-i, badamın isə 40 %-i şokolad istehsalında istifadə edilir.
İndiyədək ən böyük şokolad plitkası 5,8 ton ağırlığında olub və Böyük Britaniyanın “Thorntons” şirkəti tərəfindən hazırlanıb.
Şokolad sözü “xocolātl” sözündən götürülüb, nauatl dilində “acı su” kimi tərcümə olunur.
450 qram şokolad hazırlamaq üçün 400 kakao ağacı tələb olunur.
Tədqiqatlar göstərib ki, tünd şokolad yaddaşı, diqqəti gücləndirir, reaksiyanı sürətləndirir və beyin qan dövranını yaxşılaşdırır. Bundan əlavə, görmə problemlərini də azaldır.
Asteklər hesab edirdilər ki, kakao tumları Allah tərəfindən onlara xüsusi bir hədiyyədir. Bu xalq hətta uzun müddət onu pul əvəzinə də istifadə etmişdi.
ABŞ-ın ən böyük və ən qədim şokolad fabriki “Hershey’s”dir. Milton Herşi tərəfindən 1894-cü ildə yaradılan bu fabrik hər il bir milyard kiloqramdan artıq şokolad istehsal edir.
İndiyədək ən dəyərli şokolad plitkası “Cadburry” hesab edilir. Onun artıq 100 yaşı var. Həmin şokolad Antarktidaya ilk ekspedisiyası zamanı kapitan Robert Skotta məxsus olmuşdu. Skott tərəfindən istifadə edilməmiş qalan şokolad 2001-ci ildə hərraca çıxarılaraq, 687 dollara satılmışdı.
Texniki cəhətdən ağ şokolad şokolad deyil, çünki özündə kakao ehtiva etmir.
2012-ci idə İsveçrə sakinləri dünyada şokolad istehlakına görə birinci olmuşdular. Orada orta hesabla, bir sakinin il ərzində 11,8 kq şokolad yeməsi qeydə alınmışdı. Amerikalılar həmin siyahıda 15-ci yerdə idilər.
Kakao artıq milyon illərdir ki, yer üzündə yetişir. O, dünyanın ən qədim qida mənbələrindən biridir.
Kot-d’İvuar hazırda dünyada ən çox kakao becərilən ölkə hesab olunur. Kakao ehtiyatının 37 %-i bu ölkədədir.
Fabrik üsulunda ilk dəfə şokolad 1780-ci ildə Barselonada hazırlanıb.
İkinci Dünya müharibəsi dövründə şokolad əsgərlərin rasionuna daxil edilmişdi, lakin onların çox yeməməsi üçün elə modifikasiya edilmişdi ki, qaynadılmış kartofdan bir balaca dadlı idi.
Şokoladın tərkibində feniletilamin-amin turşusu vardır ki, afrodiziak təsirə malikdir və sərxoşluq sindromu əmələ gətirir.
Bir parça şokolad insana 45 metr məsafə qət etməsi üçün enerji verə bilir.
Belçikada şokolad istehsalı sahəsində 17 min insan çalışır.
Nubar Süleymanova, “İki sahil”

