İybilmə və dadbilməni geri qaytarmaq üçün nə edək? – RESEPT
ABŞ-da Con Hopkins Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı “ACE-2” kimi tanınan bir fermentin burun içindəki qoxu alma sahəsində yüksək miqdarda olduğu aşkarlanıb. Bu ferment koronavirusun vücuda daxil olmasına icazə verən bir növ “sinir qapısı” işini görür. Koronavirus burun, ağız və gözdən vücuda girərək infeksiyaya yol açır. İybilmə və dadbilmə hisslərinin itməsi təkcə koronavirus əlaməti olmasa da, artıq “COVİD-19″un özəlliyindən birinə çevrilib. Bəzi adamlarda çox tez, bəzilərində isə gec qayıdır. Bəs həyata “dad qatan” bu hissləri daha tez bərpa etmək üçün nə edə bilərik?
ARANTV.AZ xəbər verir ki, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu İctimai Televiziyanın efirində aparıcı Səma Abıyevanın təqdimatında yayımlanan “Dikdaban” verilişində danışıb və mövzuyla bağlı şəxsi “İnstagram” səhifəsində paylaşım edib.
O, müalicə etdiyi 1059 koronavirus xəstəsinin hamısının iybilmə və dadbilməsinin geri qayıtdığını vurğulayaraq bu işdə faydalı olan resepti açıqlayıb.
RESEPT
1 desert qaşığı soda 1 stəkan ilıq suda həll olunur və üzərinə 5 damcı 3%-li “perekis”dən, 5 damçı evkalipt, 5 damcı 20%-li propolis əlavə olunur. Bir az soyudulduqdan sonra boğazı qarqara etmək və burnu yaxalamaq üçün gündə 2 dəfədən çox olmamaq şərtilə istifadə olunur.
Veriliş zamanı həkim bir çox digər məsələlərə də toxunub.
Daha ətraflı məlumat almaq üçün aşağıdakı videonu izləyə bilərsiniz.

