Dünya 

Ermənistanda daha 702 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 702 yoluxma halı qeydə alınıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 23 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 714 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 156 142, xəstəlikdən sağalanların sayı isə 136 766 nəfərə yüksəlib.

Daha çox xəbərlər