Sosial 

İşğaldan azad edilən torpaqlarımızda yeni qoruqlar yaradılacaq – RƏSMİ

“İşğaldan azad edilən ərazilərdə yeni qoruqların yaradılması üçün planlar hazırlanır”.

ARANTV.AZ-ın  məlumata görə, bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl milli park anlayışı yox idi:

“Artıq qanunvericilik milli parkların yaradılmasına imkan verir. Buna görə də yeni milli parklar yaradılacaq. Bu, imkan verəcək ki, yaxın gələcəkdə insanlarımız oraya getdikdə gözəl meşələrimizi gəzsinlər”.

Daha çox xəbərlər