Milli Meşə Proqramı hazırlanıb
“Azərbaycanda Milli Meşə Proqramı hazırlanıb”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, hazırda sənəd razılaşma prosesindədir:
“Gələn ilin əvvəllərində proqram təsdiq olunacaq və icrasına başlanacaq”.
“Proqramda meşələrin bərpası, istifadə tədbirləri və digər vacib məsələlər öz əksini tapacaq”, – deyə o əlavə edib.

