Meksikada 6 polis öldürüldü
Meksikada cinayətkarların polisə hücumu nəticəsində 6 polis əməkdaşı öldürülüb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə Xalisko ştat prokurorluğu xəbər yayıb.
Hücum nəticəsində daha 1 polisin yaralandığı bildirilir.
İnsidentlə bağlı araşdırma başlayıb. Cinayətkarların tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

