Sosial 

Dekabrın 28-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən dekabrın 28-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın və Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.

Daha çox xəbərlər