İdman 

Azərbaycanda əcnəbi futbolçulara görə yerli klublar cəzalandırıldı

İntizam Komitəsi “Qarabağ” və “Zirə” komandalarının futbolçularının cəzalarını açıqlayıb.

Belə ki, Premyer Liqanın XIII turunun “Qarabağ” – “Zirə” oyununda meydan sahiblərinin kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb.

Buna görə də cənubi amerikalı futbolçu iki oyun meydana çıxa bilməyəcək, Ağdam klubu isə 1600 manat cərimə olunub.

“Zirə” klubunun yunanıstanlı mərkəz müdafiəçisi Dimitrios Xantakias da meydançadan kənarlaşdırılıb. O, ikinci sarı vərəqə ilə meydandan qovulduğundan, bir oyunluq cəzalanıb. Qəsəbə klubunun cərimə məbləği də azdır – 200 manat.

Daha çox xəbərlər