Hadisə 

Bakıda qəza: xəsarət alan var – VİDEO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, Ceyhun Əbdüləliyevin idarə etdiyi “Chevrolet Niva” markalı maşınla Murad Məmmədovun idarə etdiyi motosiklet toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər