Cəbrayıl Dövlətzadə ilin döyüşkən idmançısı seçildi
İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2020” layihəsi üzrə ilin döyüşkən idmançısı müəyyənləşib.
ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, bu nominasiyada şəhid cüdoçu Cəbrayıl Dövlətzadə birinci olub.
51 KİV-in qatıldığı səsvermədə Cəbrayıl Dövlətzadə 33 səs yığıb. Jurnalistlərdən 5-i şəhid Xudayar Yusifzadəyə, 5-i Tofiq Musayevə, 3-ü şəhid Cavid Hüseynova səs verib.
Əfqan Xaşalov, qazi Qalib Əliyev, qazi Elxan İsayev, Eldəniz Əzizli və Orxan Səfərov hərəyə 1 səs yığıblar.

