Bakıda qanunsuz ovun qarşısı alındı
Paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində dəniz sahilində Bakı şəhər sakini R.Sadıxov, K.İsgəndərov, İ.Süleymanov və Yevlax rayon sakini K.İsgəndərovun ov qaydalarını kobud şəkildə pozmaları aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, həmin şəxslərdən müxtəlif markalı dörd ədəd ov silahı götürülüb.
İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi) maddəsinin tələblərini pozmuş həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək hər birinə 1000 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

