Hadisə 

Bakıda ağır qəza: Maşın aşdı, sürücü öldü

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 30-da saat 18 radələrində paytaxt sakini İ.Hüseynov idarə etdiyi BMW markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər