Siyasət 

Qarabağla bağlı danışıqlar gələn aya razılaşdırıldı – Məmmədyarov AÇIQLADI

Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.

ARANTV.AZ  xəbər verir ki, bunu 5 dekabr tarixində Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə baş tutmuş görüşün yekununda XİN rəhbəri Elmar Məmmədyarov belə şərh edib.

Nazir görüşün 3 saata yaxın davam etdiyini bildirib:

“Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb”.
Qarabağla bağlı danışıqlar gələn aya razılaşdırıldı - Məmmədyarov AÇIQLADI

oxu.az

Daha çox xəbərlər