Bakıda süpürgəçi qadın faciəvi şəkildə öldü
Dünən sübh saatlarında Bakı şəhər Nizami rayonu ərazisində avtomobilin vurduğu süpürgəçi qadın xəstəxanada vəfat edib.
ARANTV.AZ xəbər verir ki, Heydər Əliyev prospekti 128 ünvanının qarşısında – “Bağırov” körpüsünün yaxınlığında Dadaşov Samir Boris oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə vurduğu MKİS işçisi, 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbәsindә vəfat edib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
publika.az

