“Qazandığımız zəfərlərə elm və təhsil sahəsindəki uğurlarımızla öz töhfələrimizi verəcəyik” – Nazir
Qazandığımız zəfərlərə elm və təhsil sahəsindəki uğurlarımızla öz töhfələrimizi verəcəyik.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O, bildirib ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib:
“Kamil insanın formalaşmasında elm, təhsil və biliklərə yiyələnməyin əhəmiyyətini dönə-dönə yazan görkəmli şairimizin dillər əzbəri olan məşhur misralarını xatırlatmaq istərdim: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”.
Nizami Gəncəvinin əsrlər öncə dediyi bu kəlam zaman ötüb keçsə də, öz aktuallığını qoruyub-saxlayır. Əminəm ki, döyüş meydanlarında, intellektual yarışlarda qazandığımız zəfərlərə elm və təhsil sahəsindəki uğurlarımızla bu il də öz töhfələrimizi verəcəyik.”Nizami Gəncəvi ili”miz uğurlu olsun!”

