Siyasət 

İlham Əliyev: “Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”

Ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb.

Bununla bağlı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə danışıb.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb.

Prezident İlham Əliyev qeyd edib ki, bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

Daha çox xəbərlər