Azərbaycanlı mayor rusiyalı rəqibini yenərək kəmər qazandı – FOTO
Bakı İdman Sarayında WBMAF versiyası üzrə MMA döyüşləri keçirilib.
ARANTV.AZ-ın xəbərinə görə, gecənin ən maraqlı görüşlərindən biri 93 kq çəki dərəcəsində olub.
İlkin Səfərov rusiyalı Aleksey Repalovla qarşılaşıb və qalib gələrək WBMAF kəmərini qazanıb.
Qeyd edək ki, İlkin Səfərov Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayorudur.
oxu.az

