Cəmiyyət 

10 dekabr Ümumünya Insan Hüquqları Günüdür

ARANTV.AZ xəbər verir ki, 10 dekabr ümumünya insan hüquqları günüdür. Bu münasibətlə Bakıda  İnsan Hüquqları günü  və Ümumdünya İnsan Hüquqları Bəyyanəməsinin 70 illiyinə həsr olunan sərgi  olub.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyona yaxın  soydaşımız öz yurd –yuvalarından didərgin düşüb. Azərbaycan hökümətinin bununla bağlı beynəlxalq təşkilatlar qarşısında tələblərinə baxmayaraq, hələ də ikili standartların davam etdirilməsi qaçqın və məcburi köçkünlərimizin hüquqlarının bərpasına imkan vermir. 10 dekabr ümumünya insan hüquqları gününə həsr edilən sərgidə belə deyildi. Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanın  insan hüquqları ilə bağlı öhdəliklərə ciddi əməl etdiyini, lakin müvafiq beynəlxalq qurumların məcburi köçkün və qaçınların hüquqlarına biganə yanaşdığını bildirdi.

İnsan  hüquqları üzrə Müvəkkil-Ombusman Elmira Süleymanova ded ki,  Azərbaycan  insan haqları ilə bağlı beynəlxalq əməkdaşlığa üstünlük verir, konvensiyalara qoşulur.  BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İsaqzai  bildirdi ki, ümumdünya İnsan Hüquqları Bəyannaməsində əksini tapan prinsiplər 1948-ci ildəki aktuallığını bu gün də qoruyub saxlayıb. Qeyd edildi ki, tədbir həm də “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının yekunu hesab olunur. Eyni zamanda,  Ümumdünya İnsan Hüquqları Bəyyanəməsinin 70 illiyinə həsr olunan sərgidə dünyanın bir çox ölkələrindən olan karikaturaçı rəssamların Bəyannamənin 30 maddəsinə aid posterləri təqdim edildi.

Daha çox xəbərlər