İstanbulda PARTLAYIŞ: 5 binanın sakinləri təxliyə edildilər
İstanbulun Bağçılar rayonunda partlayış baş verib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, insident səhər saat 04:30-da küçədə qeydə alınıb.
Bildirilir ki, partlayışa qaz balonunda qaz sızması səbəb olub.
Partlayış güclü olduğundan dərhal ətrafdakı 5 binanın sakinləri təxliyə edilib.
Xəsarət alanlar barədə məlumat yoxdur.

