Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 21 271 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 872 941 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 280 nəfər ölüb, ölənlərin ümumi sayı 69 949 nəfər təşkil edir.
Bildirilir ki, hazırda 25 043 nəfərin müalicəsi davam etdirilir, onlardan 2 740 nəfəri reanimasiyadadır.

