Gündəm 

ƏSARƏT İPİNİ QIRAN ŞƏHİDLƏR

20si Yanvar günü-o qətl günü,
Xalqın fəryadını duyar kimiyəm.
Necə böyük dərddir bu dərd İlahi
Can yanğısında yanar kimiyəm.

Əsarət ipini qıran şəhidlər,
Canını bu yolda verdi o gecə.
Şəhidlik zirvədir,ölüm deyildir,
Gözlər ağlamasın bu dərdə,necə?

Qundaqda körpələr qaldı o gecə,
Yaşlı,cavan canlar yandı o gecə.
Hər kəsi səksəkə,hər kəsi qorxu
Hər kəsi bi təlaş sardı o gecə.

Əsrlər keçsə də qanlı bayrağım,
Hay salır hər yerə,dalğalanaraq.
Azadlıq sədası ucaldı gecə
Bu yolda savaşdı xalq ağlayaraq.

Fərizə İlhamın yolunda getdi,
“Onsuz yaşamaram”-sözünü dedi.
Sevən ürəklərə dağlar çəkildi,
Zülmlər verildi xalqa,o gecə.

Bu zülmün nə ilki,nə də sonudu,
Savaşmaq zəfərin bircə yoludu.
Şəhidlər bu yolu seçməli oldu,
Vəhşilik törəndi çünki o gecə.

20si Yanvar 90-cı il,
Necə unudaram qanlı gecəni..?
Qərənfil gülünə hopan qanları,
Necə unudaram xalqın sevəni?

MÜƏLLİF:Talıblı Çinarə Qafar qızı.

Daha çox xəbərlər