Şou biznes 

Azərbaycanlı aktrisanın yaşını eşidənlər ŞOKDA – FOTOLAR

Space TV-də yayımlanan “Hər səhər” verilişinin bugünki qonaqları müğənni Rəvan Qarayev və aktrisa Asya Atakişiyeva olub.

ARANTV.AZ xəbər verir ki, veriliş boyu aparıcı Anar Yanarsaat Asyanın yaşını öyrənməyə çalışıb. Aktrisa yaşını gizlətməyə çalışsa da, Anar sonunda istəyinə nail olub. Aparıcı müəyyən edib ki, A.Atakişiyeva 1985-ci ildə anadan olub. Eşidənlər təəccübünü gizlədə bilməyib. Aktrisanın yaşından çox kiçik göründüyünü deyiblər.

Evlilik xəbərləri ilə gündəmə gələn müğənni Rəvan Qarayevlə bağlı məsələ də eşidənləri şok edib. Məlum olub ki, iki dəfə ailəli olan ifaçının qanundan kənar münasibəti də var. O, Nataşa adlı xanımla eşq yaşayır. Həmin xanım hətta Rəvanı görmək üçün verilişə də gəlib. Nataşa xanımın Maşa adlı bir qızının olduğu da bəlli olub. Amma həmin qızın atasının kim olduğu barədə məlumat yoxdur.

Qeyd edək ki, “Hər səhər” verilişinin informasiya dəstəkçisi BiG.AZ saytıdır.

Azərbaycanlı aktrisanın yaşını eşidənlər ŞOKDA - FOTOLAR
Azərbaycanlı aktrisanın yaşını eşidənlər ŞOKDA - FOTOLAR

 

Daha çox xəbərlər

Leave a Comment