SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb – FOTO
Dekabrın 13-də Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Collaborative Award 2018” mükafatının təqdimetmə mərasimi keçirilib.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə “Collaborative Pathfinder Award” nominasiyasında yeganə beynəlxalq mükafat SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəyə təqdim olunub.

