Müəllimlər məcburi vaksinasiya olunacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA
Müəllimlərin vaksinasiyası ilə bağlı heç bir məcburetmə halı yoxdur.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir.
Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır.

