Filippində daşqınlar – 13 ölü
Filippinin sıx məskunlaşmış Luson adasında daşqınlar nəticəsində azı 13 nəfər həlak olub.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, musson yağışları adanın qərb hissəsində tüğyan edir.
Bir nəfərin itkin düşdüyü deyilir. Qeyd olunur ki, ümumilikdə təbiət hadisəsindən 2 milyona yaxın sakin əziyyət çəkib.
Yaxın günlərdə mussonun Luson adasından şimalda yerləşən Mindoro və Palavan adalarına doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Bu bölgələrdə də daşqın və torpaq sürüşmələrinin olacağı istisna edilmir.

