Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni əsgər yaralandı – Gözündən vurublar
Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər yaralanıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, dekabrın 16-da Xankəndi hərbi hospitalına yaralı hərbi qulluqçu gətirilib.
Onun gözündə güllə yarası var. Əsgərin vəziyyətinin çox ağır olduğu bildirilir.
Hərbi qulluqçuya ilkin zəruri tibbi yardım göstərilsə də, hazırda onun Yerevandakı “Muratsan” hospitalına aparılmasına hazırlıq görülür.

