Əbu-Dabidə yol qəzası: ölən və yaralananlar var
Birləşmiş Ərəb Əmirliklərində yol qəzası nəticəsində bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, Əbu-Dabidə fəhlələri daşıyan avtobus minik avtomobilinə, həmin nəqliyyat vasisəti isə öz növbəsində mikroavtobusa çırpılıb. Avtobus bir neçə dəfə aşaraq metal maneələrə çırpılıb. Nəticədə 3 nəfər ölüb, 44 nəfər xəsarət alıb.
Polisin ehtimalına görə, hadisənin baş verməsində təqsirkar nəqliyyat vasitəsinin sürətini artıran və məsafə saxlamayan, habelə mobil telefondan istifadə etdiyi güman olunan avtobus sürücüsüdür.

