Gündəm 

Daha 3 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, cəsədlərdən ikisi Xocavənd, biri Cəbrayıl ərazilərində aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 321-ə yüksəlib.

Hazırda axtarış işləri Hadrut və Cəbrayıl istiqamətlərində davam etdirilir.

Daha çox xəbərlər