Hadisə 

Rasim Məmmədov Ramiz Mehdiyevin oğlu və kürəkəninin şikayəti ilə həbs edilib

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilməsinin səbəbi bəlli olub.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat  İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı olublar, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar . R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Daha çox xəbərlər