Universitetlərin əyani təhsilə keçirilməsi şəxsi istəyə bağlı deyil – RƏSMİ
“Ali təhsil müəssisələrinin əyani təhsilə keçirilməsi şəxsi istəyə bağlı deyil”.
Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” profilində “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.
O bildirib ki, bu, pandemiyanın dinamikasından asılıdır:
“Ali təhsil müəssisələrinin əyani təhsilə keçirilməsi və bağçaların açılması tədricən müzakirə ediləcək. Bu, yoluxmanın sayından asılıdır. Bu proses bir qədər zaman apara bilər, lakin inanırıq ki, yaxın zamanda həll olunacaq”.

