Hadisə 

Məhkəmə Rasim Məmmədovla bağlı qərar verdi

Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, R.Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Daha çox xəbərlər