Manset Region Xəbərləri 

Bərdə rayonunda abadlıq – quruculuq işləri uğurla davam etdirilir-VIDEO

Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı ilə Bərdə rayonunda abadlıq – quruculuq işləri həmişəki kimi uğurla davam etdirilir.
Cari ilin əvvəlində dövlət vəsaiti hesabına Bərdə şəhərinin Babək, Şəhriyar, və Qasım Bəy Zakir küçələri asfaltlaşdırılmışdır. Hazırda Nəcəf aga Quliyev küçəsinin hasarları aqlayla üzlənir, küçənin asfaltlaşdırılması, həyət darvazalarının rənglənməsi, səki daşlarının düzülməsi işləri aparılır.
Elçin Əsədov küçəsi müasir memarlıq üslubunda yenidən qurulur,burda da küçə asfaltlaşdırılır, hasarlar suvanaraq rənglənir, səki daşları düzülür.Həyət darvazalarının rənglənməsi və küçəyə gecə işıqlarının verilməsi üçün tədbirlər görülür.
Həzi Aslanov küçəsinin Tərtər rayonu istqamətindəki yolda gecə işıqlandırılmasında yaranmış nasazıqların aradan qaldırılır.
Eynilə Aydın Əhmədov küçəsində də abadlıq quruculuq işləri uğurla davam etdirilir. Küçə boyunca hasarlama işi aparılır , istinad divarlarının aqlay daşı ilə üzlənməsi və mövcud piyada səkiləri bərpa olunur, səkilərə bardür daşları düzülür, işlərin aparıldığı ərazi boyu yeni səki daşları döşənir.
Başqa bir ünvanda da şəhərin abadlaşdırılmasının şahidi olmaq mümkündür. Heydər Əliyev prospekti 156 saylı beşmərtəbəli kommunal yaşayış binasının dam örtüyü yenidən qurulur, binanın fasad təmiri üçün tədbirlər görülür.
İşlərin gedişatına Bərdə şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur.
Bir sözlə günü gündən gözəlləşən Bərdəmizin müasir, abad şəhərə çevrilməsi üçün əlaqədar yerli təşkilatlar üzərlərinə düşən işi layiqincə yerinə yetirirlər.

Daha çox xəbərlər