Gündəm 

Qazaxıstan televiziyası: Bakı Limanının texnoloji imkanları çox genişdir

ARANTV.AZ xəbər verir ki, Bakı Limanının texnoloji imkanları çox genişdir, burada bütün növ yüklərin aşırılması mümkündür və əməliyyatların əksəriyyəti avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu barədə Qazaxıstanın ixtisaslaşmış biznes kanalı olan ABC TV-də nümayiş olunan “Yeni İpək Yolu: Avropa ilə Asiyanı birləşdirərkən” adlı sənədli filmdə deyilir. Bir neçə bölümdən ibarət film Çin hökumətinin təşəbbüsü ilə reallaşdırılan, Azərbaycanın da iştirak etdiyi “Bir Kəmər – Bir Yol” layihəsinin 5 illiyinə həsr olunub. Filmdə adı çəkilən layihəyə daxil olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Koridor) əhəmiyyətindən bəhs edilir. Çin, Qazaxıstan, Gürcüstan, Almaniya limanlarına həsr olunan hissədə Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanın imkanlarından danışılıb.

Daha çox xəbərlər