Cəmiyyət 

Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında layihə imzalanıb

ARANTV.AZ xəbər verir ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində gələn il daha 500  nəfər sağlamlıq imkanları məhdud şəxs özünəməşğulluq proqramına cəlb ediləcək. Bununla bağlı Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsi imzalanıb.

Yola saldığmız il ərzində 7 min 500 nəfər özünəməşğulluq proqramına cəlb edilib. Bu proqram çərçivəsində həyata keçirilıən layihələrə dövlət büdcəsindən 35 milyon manat vəsait  xərclənib.  Eləcədə, 100- dən çox sağlamlıq imkanları məhdud olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyi ilə Heydər Əliyev Fondunun əməkdaşlıq layihələri çərçivəsində işlə tmin edilib. Layihə  növbəti ildə də dövlətin diqqət mərkəzində olacaq, özünəməşğulluq proqramı inkişaf etdiriləcək. Bununla bağlı Azərbaycan Hökuməti adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı əsasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsi imzalandı.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkədə həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, layihə çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluğuna dəstək göstəriləcək. Bu layihəyə Azərbaycan Hökuməti tərəfindən 5 milyon, BMT-nin İnkişaf Proqramı tərəfindən isə 350 min manat vəsait ayrılacaq. Nazir “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsinin müddətinin daha bir il uzadıldığını dedi.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti isə qeyd etdi ki, BMT İnkişaf Proqramı əlilliyi olan insanların məşğulluq imkanlarının artırılması sahəsində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır. Beş illik dövrü əhatə edən yeni layihə ilk növbədə əlilliyi olan şəxslər üçün özünüməşğulluq fəaliyyətlərini pilot qaydada həyata keçirərək, bu təbəqədən olan şəxslərin dayanıqlı biznes qurmasına dəstək göstərəcək. İştirakçıların sahibkarlıq vərdişlərinin gücləndirilməsi ilə yanaşı, layihə onların əmək bazarına çıxışla bağlı üzləşdikləri problemləri və maneələri nəzərə alaraq sosial və peşə-əmək reabilitasiyasını təmin edəcək.

Daha çox xəbərlər