Rusiya sülhməramlıları Xankəndidə təlim keçirdi
Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən Rusiya sülhməramlıları Xankəndi şəhərindəki poliqonda ZTR-82 ştatlı texnikadan planauyğun atəş açılması təlimi keçirib.
ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Təlim zamanı zirehli texnikanın ekipaj üzvləri nəzəri və praktik tapşırıqları icra ediblər. Manevrə 200 rusiyalı hərbçi qatılıb.

