“Facebook” 17 yaşında
Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” şirkəti fəaliyyətinin 17 yaşını qeyd edir.
ARANTV.AZ bildirir ki, sosial şəbəkə bu müddət ərzində dünyanın ən böyük sosial-onlayn resursu statusunu qazanmağa müvəffəq olub.
“Facebook” rəhbəri Mark Zuckerberg ilk dövrlərdə sosial şəbəkəni sırf Harvard Universitetinin tələbələrinin öz aralarında ünsiyyət yaratmasına istiqamətlənmiş sayt qismində istifadəyə təqdim edib. Lakin yaradıcısı olduğu sosial şəbəkənin üstünlükləri qısa zaman ərzində, nəinki ABŞ-ın digər universitetlərinin tələbələri, eyni zamanda məktəblilər və bütün dünyada olan müxtəlif insanlar tərəfindən yüksək şəkildə qiymətləndirildi.
17 il ərzində “Facebook”dan istifadə 200 milyarddan çox insanın sosial şəbəkədə dostluq münasibətləri yaratmasına səbəb olub.
2009-cu ildə “Facebook” öz istifadəçilərinə “Like” düyməsindən istifadə imkanı təqdim edən ilk sosial şəbəkə olub. İndi isə insanlar gün ərzində bu düymədən 6 milyarddan çox istifadə edirlər.
Hal-hazırda mobil xidmətlərin təqdim edilməsi “Facebook” sosial şəbəkəsinin əsas üstünlüyü hesab olunur.

