Qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyat zamanı 161 əcnəbi saxlanılıb
ARANTV.AZ xəbər verir ki, qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyat zamanı 161 əcnəbi saxlanılıb. Onlardan 3-ü Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində aşkarlanıb. Saxlanılanlardan 4-nün ölkəyə giriş məqsədlərini pozduqları, digər 157-nin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşib. Əcnəbilərdən 144-ü barəsində inzibati qərarlar qəbul edilib, 17 miqrantın isə Azərbaycan hüdudlarından kənarlaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

