Diplomatik korpus nümayəndələri XUDAFƏRİNDƏ
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl rayonunda İranla sərhəddə yerləşən Xudafərin körpüsündə olublar.
ARANTV.AZ xəbər verir ki, bu barədə Trend məlumat yayıb.
Bildirilir ki, diplomatik korpus nümayəndələri bundan öncə Cəbrayılda məzarlıq və ermənilər tərəfindən dağıdılmış digər ərazilərlə tanış olublar.







