Rusiyada ağır qəza: iki azərbaycanlı öldü – FOTO
Rusiyanın Voronej bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı mikroavtobusla TIR toqquşub.
Bununla bağlı regionun fövqəladə hallar xidmətindən məlumat verilib.
Moskva vaxtı ilə 10:30-da baş verən hadisə zamanı iki nəfər ölüb, 7 nəfər yaralanıb. Ölənlərin Azərbaycan vətəndaşı olduğu bildirilib.
Qeyd edilib ki, “Mersedes” markalı mikroavtobus Azərbaycandan hərəkət edirmiş.
Faktla bağlı araşdırmalar başlanılıb.



