Gəncədə 28 yaşlı kişini küçədə öldürdülər
Gəncədə qətl hadisəsi baş verib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu küçədə döş qəfəsindən bıçaqlanıb. Yaralı Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
E.Həsənov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

