Hindistan 4 günlük iş həftəsinə keçir

Hindistanda 4 günlük iş həftəsi qanunu gündəmdədir.

ARANTV.AZ xəbər verir ki, qanun iş verənlərə həftədə 5-6 gün yerinə 4 gün iş seçimi təqdimetmə imkanı tanıyacaq. Amma 4 günlük iş həftəsində 8 saatlıq iş rejimi 12 saata çıxarılacaq.

Əmək naziri Apurva Çandra bir çox iş adamının bu qanunu dəstəklədiyini açıqlayıb. Yeni qanun çərçivəsində işçilərə pulsuz tibbi müayinə imkanı verilməsi də planlaşdırılır.