Dünya 

ÜST-ün direktoru Avropa ölkələrinə səsləndi: “Məhdudiyyətlərin ləğvində tələskənliyə yol vermək olmaz”

Avropa ölkələrində COVID-19 virusuna yoluxmalar və ölüm sayı azalır.

TASS agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge məlumat verib.

“Avropa regionunda hər həftə bir milyondan artıq yoluxma qeydə alınsa da, bütövlükdə dörd həftədir ki, COVID-19-a yoluxmaların sayı azalmağa doğru gedir. Son iki həftə ərzində isə ölümlərin sayı azalıb”, – deyə ÜST-ün direktoru vurğulayıb.

H.Kluge əlavə edib ki, karantin məhdudiyyətlərinin ləğvində tələskənliyə yol vermək olmaz:

“Bir daha vurğulamalıyam ki, ictimai səhiyyə və sosial tədbirlərin ləğv olunması epidemioloji duruma, habelə səhiyyə sisteminin mövcud imkanlarına əsaslanmalıdır. Meyarlar nisbi irəliləyişi göstərən müşahidələrə deyil, sübutlara əsaslanmalıdır”.

Daha çox xəbərlər