Region Xəbərləri 

İvanovka kəndinin Malakan dini icmasına Heydər Əliyev Fondu tərəfindən mikroavtobus hədiyyə olunub

ARANTV.AZ xəbər verir ki, İsmayıllının İvanovka kəndinin Malakan dini icmasına Heydər Əliyev Fondu tərəfindən mikroavtobus hədiyyə olunub. Bununla bağlı tədbirdə Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğu bildirilib.

Azərbaycan dünyada, həm də tolerantlıq örnəyi kimi tanınır. Xalqımızın dili, dini, mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərləri ilə bərabər, digər xalqların da ana dilinə, dininə, mədəniyyətinə, adət-ənənələrinə böyük diqqət və hörmətlə yanaşılır. Ölkəmizdə tarixən formalaşan dini və milli dözümlülük yüksək səviyyədədir. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövründən bu istiqamətdə mühüm qərarlar qəbul etdi, dini abidələrin bərpası, təmiri ilə bağlı ardıcıl tədbirlər gördü, tolerantlıq örnəyi olan qədim dini ocaqlar, müqəddəs yerlər yenidən quruldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva da ölkəmizdə və ondan kənarda bu sahəyə mühüm töhfələr verir. Heydər Əliyev Fondu tərəfindən İsmayılı rayonunun İvanovka kəndinin dini icmasına müasir mikroavtobusun hədiyyə olunması da bunun əyani göstəricisidir. Bununla bağlı tədbirdə Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğu bildirildi.

Bu xeyirxaq  addım artıq ənənə halını alıb.  Belə ki, 2009-cu ildə  Heydər Əliyev Fondu  tərəfindən  İvanovka kəndnin orta məktəbinə 28 yerlik avtobus hədiyyə edilib. Sonda Heydər Əliyev Fondunun prezidenti   Mehriban xanım Əliyevaya  təşəkkür məktubu oxundub.

Daha çox xəbərlər