Sosial 

Qan və qan komponentlərinin kimlərə verildiyi məlum olub

Mərkəzi Qan Bankı qan və qan komponentlərinin kimlərə verildiyini açıqlayıb.

ARANTV.AZ  xəbər verir ki, aşağıdakı şəxslər üçün qan verilməsi mümkündür:

– İrsi qan xəstəliklərindən (talassemiya, hemofiliya və s) əziyyət çəkən və immun çatışmazlığı vəziyyəti olan xəstələrə;

– Ağır anemiyası olan uşaqlara;

– Hamiləlik və doğuşla əlaqəli qanaxması olan qadınlara;

– Qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza

– Fövqəladə hallarda, fəlakətlərdə və qəzalarda travmatik xəsarət almış insanlara;

– Tibbi və cərrahi prosedurlardan keçən xəstələrə.

Daha çox xəbərlər