Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

COVID-19-a təkrar yoluxma riskini nəzərə alaraq peyvənd tövsiyə edilir- ŞƏRH

By Vüsal Rafiqoğlu
12.02.2021 3 Min Read

Birinci doza vurulması ilə orqanizmdə immun sistemi tam formalaşmır, yəni qoruyuculuğu olmur. 28 gündən sonra bədənə xatırlatma verilir və bu zaman immun sistemi daha da aktivləşir. Odur ki, ikinci dozanın vurulması mütləqdir

Koronovak  istənilən əhali qrupunda effektiv ola bilər, çünki o inaktiv vaksindir,  yəni ölü virus hissəcikləri insanlara inyeksiya edilir

“Hazırda dünya ölkələri tərəfindən ən çox sifariş olunan 3 vaksin – Pfizer, Moderna və Coronavac vaksinləridir. Bununla yanaşı, daha ucuz olan İngiltərə istehsalı olan AstraZeneka vaksini də sifariş edilir. Bəzi ölkələr, məsələn, Sinqapur hər üç vaksini ölkədə tətbiq edərək, peyvəndlərin çoxşaxəli portfelini yaratmaq və bununla da tədqiqatda effektivliyi sübut olunan vaksinin istifadəsini davam etdirməyi planlaşdırır. Pfizer Biontek istehsalı vaksinlər innovativ MRNA texnologiyası ilə hazırlanmış və effektivliyinin 95% olduğu sübut edilmişdir. Lakin bu vaksinin bəzi mənfi tərəfləri də var, məsələn, zəiflədilmiş COVİD-19 virusu pasiyentə inyeksiya edilir. Bundan əlavə ciddi allergik problemləri olan insanlarda, immunosupressiv insanlarda, 16 yaşdan aşağı uşaqlarda, hamilə qadınlarda effektiv deyil, çünki yoxlanılmayıb və tövsiyə olunmur.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib.

Həmsöhbətimizin sözlərinə görə, Çində biofarmasevtik məhsulların aparıcı tədarükçüsü olan Sinovak istehsalı Koronovak vaksini isə istənilən əhali qrupunda effektiv ola bilər, çünki bu inaktiv vaksindir, sadə dildə desək, ölü virus hissəcikləri insanlara inyeksiya edilir. Hələ Sinovak şirkəti COVID-19-a qarşı vaksinlərin ilk sınaqlarına başladıqda 35 ölkə artıq bu vaksini əldə etmək üçün namizəd olduğunu bildirmişdi. Ötən ilin aprel ayında sınaqları başlayan bu vaksin hazırlananda hələ dünyada başqa sınaq üçün hazır olan vaksin yox idi.

P.Vəliyeva vurğulayıb ki, Sinovak, KoronaVak üzərində III mərhələ sınaqlarına 21 iyul 2020-ci ildə başlamışdı: “Sınaqlar Braziliya, Türkiyə, İndoneziya və Çilidə aparıldı. Bu dörd ölkədən sınaqlara ümumilikdə 25.000 iştirakçı cəlb edildi. Braziliya və Türkiyədə aparılan III mərhələ sınaqları ilə COVID-19 xəstələrinə xidmət göstərən səhiyyə işçilərində peyvəndin effektivliyi qiymətləndirilib. 14 gün ərzində peyvənd vurulmuş şəxslər izlənildi. 16 dekabr 2020-ci il tarixinə 18 yaşdan yuxarı 12.396 səhiyyə işçisi peyvənd olunmuşdu. Müşahidə müddəti ərzində ümumilikdə 253 COVID-19  testi pozitiv olan hal qeydə alınmışdır. İkinci doza vurulduqdan sonra da həmin səhiyyə işçiləri 14 gün izlənilmişdi. 14 gündən sonra COVID-19-un səbəb olduğu xəstəliklərə qarşı effektivlik dərəcəsi bütün hallarda 50% idi. Tibbi müalicə tələb olunan hallarda 83,70% effektiv, xəstəxanada yatışı, ağır vəziyyətdə və ölümcül hallarda isə 100,00% effektiv olduğu qeydə alındı.Türkiyədə III mərhələ klinik araşdırmada ümumilikdə 7371 nəfər iştirak etdi. Bunların arasında 1322 iştirakçı iki dozalı aşılamanı tamamladı və onlar peyvəndin ikinci dozasını aldıqdan sonra 14 günlük müşahidə müddətinə daxil edildilər. 29 keysin analiziə əsasən, COVID-19 profilaktikası üçün effektivlik iki dozalı peyvənddən 14 gün sonra 91,25 % idi.”

Həmsöhbətimiz qeyd edib ki,“CoronoVac” vaksinin yan təsirlərindən də bəhs edib: “ Digər peyvəndlər kimi bu vaksinin də yan təsirləri iynənin yerində ağrı, qızarma, şişmə, başağrısı və halsızlıq ola bilər. Birinci doza vurulması ilə orqanizmdə immun sistemi tam formalaşmır, yəni qoruyuculuğu olmur. 28 gündən sonra bədənə xatırlatma verilir və bu zaman immun sistemi daha da aktivləşir. Odur ki, ikinci dozanın vurulması mütləqdir. Hər bir şəxsə vurulan iynələr steril olunan birdəfəlik iynələrdir. İmmun sisteminə təsir göstərən dərman istifadə edənlərin müalicə müddətində peyvəndlənməsi məsələhət deyil, çünki immun sistemi basqılı olduğundan istənilən nəticə alınmaya bilər.

Ekspert bildirib ki, Nüfuzlu “Lancet” jurnalında Çin vaksininin üstünlüyü barədə elmi məqalə dərc edilib. Bir qrup tibb mütəxəssisi vaksinin effektivliyi və təhlükəsizliyini tədqiq etmək məqsədilə araşdırma aparmış və ilkin nəticələr barədə hesabat hazırlanmışdır. Araşdırma zamanı vaksin vurulmuş 18-59 yaş arası insanlar 28 gün boyunca izlənilmiş və onlar bu günlər ərzində tək-tək qəbul olanaraq vaksin vurulduqdan sonra onun hər hansı bir əks təsirinin olub-olmaması öyrənilmişdir. Həmin şəxslər arasında heç bir ciddi əks təsir qeydə alınmamış, lakin bununla belə onların 12 ay müddətində izlənilməsi davam etdiriləcək. Araşdırmanın nəticəsi olaraq Sinofarm tərəfindən hazırlanmış SARS-COV-2 əleyhinə inaktiv vaksinin Çində yaşayan 18-59 yaş arası sağlam insanlar üçün təhlükəsiz, dözümlü və immunogen olması sübut olunmuşdur.

Sonda həmsöhbətimiz fikirlərinə belə yekun vurdu: “COVID-19-un insanlara ciddi şəkildə təsirini və COVID-19 ilə yenidən xəstələnmənin mümkün olmasını nəzərə alaraq, şəxs, COVID-19 infeksiyasına yoluxub-yoluxmamasından asılı olmayaraq peyvənd edilməlidir. Çünki mütəxəssislər kiminsə COVID-19-dan sağaldıqdan sonra yenidən nə qədər müddətə xəstələnmədən qorunacağını bilmirlər. Təbii antitellərin bədəndə qalma müddəti insandan insana dəyişir. Bu səbəbdən COVID-19 dan sağalmış şəxslərə də peyvənd tövsiyə edilir. Peyvəndlərin isə qoruma müddəti tədqiqat və araşdırmalar yekunlaşdıqdan sonra daha dəqiq məlum olacaq.”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Samux Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olundu – FOTO

Next

3 yaşına qədər olan uşaqlara uşaqpulu verilə bilər – TƏKLİF

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv